Ya maaşın azalacaq, ya da gedəcəksən!

İtaliyanın “İnter” klubu futbolçusu İvan Perişiçin müqaviləsini yeniləmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “neradzurra” xorvatiyalı vingerlə razılığa gələ bilmir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Perişiç yeni müqavilə imzalamağa müsbət yanaşsa da, məvacibinin azaldılmasına razı deyil.

“İnter” hazırda 5 milyon avro qazanan Perişiçin məvacibini 3 milyon avroya endirməyi planlayır. 32 yaşlı vingerə klubda qalmaq istəyirsə, məvacibini azaltmalı olduğu bildirilib. Tərəflər arasında danışıqlar davam edir.

Bu mövsüm “İnter”lə 8 oyuna çıxan Perişiçin müqaviləsi 2022-ci ilin iyuluna qədərdir.