“İnter”dən “Fiorentina”ya

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”dən Dalberti icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Fiorentina”da keçirəcək.

“İnter” Dalberti 2017-ci ildə “Nitsa”dan 21 milyon avro qarşılığında transfer edib. Braziliyalı oyunçu iki mövsümdə “neradzurra” ilə 26 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button