“Ayaks” italiyalı məşqçi ilə danışıqlara start verib

“Nitsa”nın baş məşqçisi Françesko Farioli “Ayaks”a rəhbərlik edə bilər. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis Niderland klubunun baş məşqçi postu üçün favoritə çevrilib. Artıq tərəflər arasında ilk danışıqlar baş tutub.

Farioli ötən yaydan “Nitsa”ya rəhbərlik edir. O, daha əvvəl Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” komandalarını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button