“Mənə Halandın yüz faiz “Real”a keçəcəyini deyiblər”

İtaliya millisinin sabiq futbolçusu Kristian Vieri Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın növbəti klubunun adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Vieri, norveçli hücumçunun “Real”a gedəcəyini bildirib:

“Mənə Halandın yüz faiz “Real”a keçəcəyini deyiblər. Düzgün olduğunu bilmirəm, amma mənə belə deyiblər”.

Halandın mövsümün sonunda “Real”a keçəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button