AÇ-2020-dən yadda qalanlar – Yazı+Fotolar

İtaliya milli komandasının çempionluğu ilə başa çatan AÇ-2020 bir çox unudulmaz anlar və rekordlarla yadda qaldı.

Komanda.az xəbər verir ki, turnir futbol azarkeşlərini məyus edən bir hadisəylə başladı. Yarışın ikinci oyun günündə Danimarka milli komandasının futbolçusu Kristian Eriksen Finlandiya ilə matçın 43-cü dəqiqəsində huşunu itirdi. İlkin müdaxilədən sonra futbolçu xəstəxanaya aparıldı və hazırda durumu yaxşıdır. Eriksenin sinəsinə ürək ritmini tənzimləyən aparat qoyulub. Turnirin sürpriz komandalarından olan Danimarka yığması AÇ-2020-nin yarımfinalına qədər gəldi, ancaq burda finalçı İngiltərəyə uduzdu.

Kristian Eriksenə ilkin müdaxilə edilən zaman

Turnirin ən pis nəticəsi isə Türkiyə milli komandası ilə bağlıdır. “Ay-ulduzlular” qrup mərhələsində hər üç oyunu uduzdu. Şenol Günəşin rəhbərlik etdiyi komanda bu matçlarda 1 qol vurub, 8-ni isə buraxıb. Türkiyə bu göstəriciylə Avropa çempionatları tarixinin ən uğursuz 5-ci komandası kimi yadda qaldı. Türkiyə yığması A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparırdı.

Türkiyə milli komandası

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo rekordlarına davam etdi. 35 yaşlı hücumçu AÇ-2020-də 5 qolla turnirin bombardiri oldu. O, bununla yanaşı, turnir tarixində ən çox – 14 qol vuran futbolçu oldu. Ronaldo həm də, milli komandada vurduğu qolların sayını 109-a çatdırdı. O, bu göstəricidə iranlı Əli Daeinin milli ilə ən çox qol vurma rekorduna şərik oldu.

Kriştiano Ronaldo

AÇ-2020-nin püşkü atılanda “ölüm qrupu” adlandırılan F qrupunda yer alan Fransa, Almaniya, Portuqaliya və Macarıstan komandalarından heç biri 1/4 finala çıxa bilmədi.

Almaniya milli komandası

AÇ-2020-ni digər Avropa çempionatlarından fərqləndirən şeylərdən biri də yarışın keçirilmə formatı idi. Belə ki, turnir ilk dəfə 11 fərqli ölkədə təşkil olundu. Yarışa ev sahibliyi edən şəhərlər arasında Bakı da var idi. Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçına ev sahibliyi etdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button