İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Davide Ballardini çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rolando Maranı əvəzləyib.

Qeyd edək ki, Ballardini daha əvvəl 2010/2011, 2012/2013 və 2018/2019 mövümlərində də “Cenoa”ya başçılıq edib. O, 2018-ci ildə məhz bu klubdan ayrılandan bəri işsiz idi.

“Cenoa” İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button