İsrafilovun komandası səfərdən xalsız döndü

Futbol üzrə İspaniya 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Las Palmas” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.

“Albasete” hazırda 12 xalla 22 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button