Ançelottinin “qızıl top”a namizədi

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti “qızıl top” mükafatına namizədini açıqlayıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan italyan mütəxəssis, “Real”ın futbolçusu Kərim Benzemanın “qızıl top”a layiq olduğunu deyib:

“Benzema bu mükafata layiqdir. O, həm ötən il, həm də bu il möhtəşəm çıxış edir. Benzema meydanda güclü xarakter göstərən bir futbolçudur. O, digər futbolçulara və komanda yoldaşlarına nümunədir. Heyətimizdə belə biri olduğu üçün çox şanslıyıq”.

Benzema bu mövsüm “Real”la 11 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.