“Ronaldo ilə birlikdə oynamaqdan zövq alırdım” – Benzema

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan fransız hücumçu, keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun dünyanın ən yaxşı futbolçularından biri olduğunu deyib:

“Ronaldo ilə birlikdə oynamaqdan zövq alırdım. Onun gedişindən sonra artıq fərqli rolda oynamağa başladım. O, ildə 50-60 qol vururdu və onun oyununa uyğunlaşmalı idim. Ronaldo dünyanın ən yaxşılarından biridir”.

Benzema ilə Ronaldo 2009-2018-ci illər aralığında “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button