Aquero karyerasıyla bağlı qərarını verdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Serxio Aquero karyerasını bitirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya mətbuatı məlumat yayıb. Xəbərdə, argentinalı hücumçunun ürəyində yaranan problemə görə karyerasını bitirəcəyi bildirilib. Aquero artıq qərarını verib və növbəti həftə bunu mətbuata açıqlayacaq.

Aquero La Liqanın 12-ci turunun “Alaves”lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button