“Mən ən dibdən gələn bir adamam” – Depay

İspaniyanın “Barselona” klubunun futbolçusu Memfis Depay gənc oyunçulara məsləhət verib.

Komanda.az xəbər verir ki, niderlandlı hücumçu, keçirdiyi çətin günləri xatırlayıb:

“Xəyal qurmaqdan vaz keçməyin. Mən ən dibdən gələn bir adamam. Həyatın şilləsinin nə olduğunu yaxşı bilirəm, uzun yoldan gəlmişəm. Kiminsə sizə göstəriş verməsinə icazə verməyin”.

Depay “Barselona”dan əvvəl karyerası ərzində PSV (Niderland), “Mançester Yunayted” (İngiltərə), “Lion” (Fransa) kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button