Simeone: “Bəhanə axtarmayacam”

İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone La Liqanın 5-ci turunda “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan argentinalı mütəxəssis, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bəhanə axtarmayacam. Bu, futboldur. Belə nəticələr ola bilər. Mən komandama inanıram. Futbolçular meydanda əllərindən gələni edirlər”.