Mozambik millisinin üzvü “Atletiko”da

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Lill”dən Reynildo Mandavanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Mozambik millisinin üzvü olan Mandava bu mövsüm “Lill”lə 27 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button