“Atletiko”da 2 itki

İspaniyanın “Atletiko” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin iki yarımmüdafiəçisi, Coffri Konqobiya və Markos Llorente zədələnib. Bu barədə AS nəşri məlumat yayıb. Hər iki oyunçu azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

“Atletiko” La Liqada 4-cü sıradadır.