“Atletiko” hücumçusunu itirdi

İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliks sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb. La Liqanın 30-cu turunun “Betis”lə səfər matçında (1:1) zədələnən Feliks, azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Atletiko” La Liqada 67 xalla liderdir.