“Azərbaycan millisinin heyətində çoxlu ulduz futbolçulara qarşı oynamışam” – Nazarov

İspaniyada təlim-məşq toplanışında olan “Ersgebirge” klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçi, təlim-məşq toplanışını dəyərləndirib:

“Yaxşı havadan məşq meydanına və yeməyə qədər burda hər şey var. Əsas vacib məsələ isə yenidən oynaya biləcəyimdir.

2018/2019 mövsümü mənim üçün çətin keçdi. Bəzi səbəblərdən oyun ritmini itirmişdim. Bununla belə, baş məşqçi Dirk Şuster mənim güclü tərəflərimi bilir.

Mövsümün ilk hissəsi bizim üçün yaxşı keçdi. Amma bu, hər şey demək deyil. Əminəm ki, mövsümün ikinci hissəsində də bunun davamını gətirəcəyik. Yaxşı komandamız və məşqçilər heyətimiz var. Bundesliqaya vəsiqə qazana bilməmək mənim kimi, hər bir futbolçunu əsəbiləşdirər. Lakin mən Azərbaycan millisinin heyətində çoxlu ulduz futbolçulara qarşı oynamışam. Hansı ki, onları yalnız televizorda görmüşdüm”.

“Ersgebirge” İspaniyada yanvarın 10-da “Maqdeburq”, 14-də isə “Unterhaxinq”lə yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button