“Real”ın Mbappe və Halandı transfer edə biləcək qədər pulu var”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tebas, “Real”ın PSJ-dən Kilian Mbappeni və “Borussiya”dan (Dortmund) Erlinq Halandı transfer edə biləcəyini deyib:

“Real” futbolçu satışlarından 200 milyon avro qazandı. Mbappe və Halandı transfer edə biləcək qədər pulları var. Zərərdə deyillər və futbolçularını yaxşı qiymətə satırlar.

PSJ-nin 400-500 milyon avro büdcəsi var, buna baxmayaraq, zərərdədirlər. Mbappeni nə üçün satmadıqlarını anlamıram. PSJ Çempionlar Liqasını qazanmaq üçün çoxlu pul xərcləyir. Azarkeşlərini xoşbəxt etmək üçün futbolu bərbad hala salırlar. Məncə, bu, futbolun gələcəyi üçün pisdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button