La Liqa: 3 oyuna 5 qol vurdu, ən yaxşı seçildi

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Real”ın hücumçusu Kərim Benzemadır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Benzema, martda iştirak etdiyi 3 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Real” La Liqada 3-cü sıradadır.