“Barselona” mənə dəyər vermədi” – Suares

İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi olan “Atletiko”nun futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu, keçmiş komandası “Barselona”nın ona dəyər vermədiyini bildirib:

“Barselona” mənə dəyər vermədi, ancaq “Atletiko” qapılarını açdı. Mənə güvəndiyi üçün bu kluba minnətdaram. La Liqada 7-ci mövsümümdə 5-ci dəfə çempion oldum. Suares budur, tanımayanlar tanısın. Lionel Messinin mənim üçün sevindiyini bilirəm. Ötən gün mənə uğurlar arzulamışdı”.

Suares La Liqada “Atletiko” ilə bu mövsüm 32 oyunda 31 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button