Simeone: “Bu, mənə çempionluqdan daha çox sevinc verir”

İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone çempionluq haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, çempionluğun əvvəldə mümkünsüz göründüyünü deyib:

“Atletiko”nun çempion olduğu bu il digərlərindən fərqlidir. Bütün dünyada çətin il oldu və bu çətin ildə “Atletiko” çempionluq yaşadı. Koronavirus, zədələr, azarkeşlərin olmaması çox təsiredici idi. Hər şey mümkünsüz kimi görünürdü. Komandamız böyüdü, yaxşı inkişaf etdik. Bu, mənə çempionluqdan daha çox sevinc verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button