İspaniya kral kuboku: 1/4 final mərhələsinin cütləri məlum olub

İspaniya kral kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, turnirin favoritlərindən olan “Barselona” “Atletik”lə üz-üzə gələcək.

Bu komandalar Bilbaoda qarşılaşacaqlar. Digər cütlərdə “Selta” “Real Sosyedad”ı, “Mayorka” “Jirona”nı, “Atletiko” isə “Sevilya”nı qəbul edəcək. Mərhələ bir oyundan ibarət olacaq və qalib komandalar yarımfinala yüksələcəklər.

1/4 final mərhələsinin oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button