İspan futbolçu rəsmən “Mançester Siti”də

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi İspaniyanın “Valensiya” klubunun yarımmüdafiəçisi Ferran Torresi transfer edib.

Bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Britaniya və İspaniya mətbuatı bu transferin “Mançester Siti”yə 25 milyon avroya başa gəldiyini yazır.

“Valensiya”nın yetirməsi olan Ferran Torres, son üç mövsümü bu klubun əsas komandasında keçirib. O, bu mövsüm forma geyindiyi 44 oyunda 6 qol vurub, 8 qol ötürməsi verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button