
Macar futbolçu satılmayacaq
Macarıstan millisinin və “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai yay transfer dövründə klubundan ayrılmayacaq.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yarımmüdafiə xəttində gözlənilən dəyişikliklərə və futbolçuya olan ciddi marağa baxmayaraq, 25 yaşlı oyunçunu satmaq niyyətində deyil.
Soboslaini heyətinə qatmaq istəyənlər arasında “Real”, “Barselona”, “Bayern” və PSJ kimi klublar yer alır. Bununla belə, “Liverpul” rəhbərliyi macar futbolçu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir və yaxın vaxtlarda onun müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Soboslai 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 53 oyunda meydana çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



