İslamiada: İbrahimli 4-cü oldu

Azərbaycanlı ağırlıqqaldıran Paşa İbrahimli Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.

Komanda.az xəbər verir ki, İbrahimli birdən qaldırmada 128 kq-ın öhdəsindən gəlib. O, təkanla qaldırmada 159 kq-lıq nəticə göstərib.

İbrahimli ümümilikdə 287 kq-la 4-cü yeri tutub.