
İraq millisinin baş məşqçisi: “Özümü iraqlı kimi hiss etmirəm”
İraq millisinin baş məşqçisi Qrem Arnold dil problemi və komandanın dünya çempionatındakı çıxışı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin mayından İraq yığmasına rəhbərlik edən avstraliyalı mütəxəssis ərəb dilini öyrənmədiyini etiraf edib:
“Xeyr, xeyr. Mən dili öyrənməmişəm, heç nə başa düşmürəm. Amma bəlkə də, bu, daha yaxşıdır. Çünki qəzet oxumuram, radio dinləmirəm və nə danışıldığını anlamıram. Bu, mənə heç bir təsir etmir.
Avstraliyada isə hər şeyi eşidirdim və bu, mənə təsir edə bilirdi. Özümü iraqlı kimi hiss etmirəm, amma İraqı 40 ildən sonra ilk dəfə seçmə mərhələdən keçirdiyim üçün qürur duyuram. Bu qədər insana sevinc bəxş etdiyim üçün çox fəxr edirəm”.
İraq millisi dünya çempionatında ilk matçda Norveç yığmasına 1:4 hesabı ilə məğlub olub. Komanda ikinci turda Fransa millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



