“İnter”in yetirməsi B Seriyasında

“İnter”in sabiq futbolçusu Conatan Biabianinin yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Trapani” klubu ilə müqavilə imzalayıb. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Biabiani yeni klubu ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

“İnter”in yetirməsi olan hücumçu, “Parma”, “Sampdoriya”, “Sparta” (Praqa) kimi klublarda da forma geyinib. O, bu ilin yayından işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button