“İnter” “Mançester Yunayted”ə onu təklif edir – Sançesin əvəzində

“İnter” cari mövsümün əvvəlində “Mançester Yunayted”dən icarəyə götürdüyü Aleksis Sançesi heyətində saxlamaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Milan klubu bunun üçün “qırmızı şeytanlar”la danışıqlara başlayıb. “Neradzurra” Sançesin qarşılığında ingilislərə İvan Perişiçi təklif edib. Perişiç son mövsümü icarə əsasında “Bavariya”da keçirib.

Bir müddət əvvəl “Mançester Yunayted”in “İnter”in Sançesin icarə müqaviləsinin müddətini uzatmaq təklifindən imtina etdiyi bildirilmişdi.

Sançesin “İnter”lə, Perişiçin “Bavariya” ilə icarə müqaviləsi avqustda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button