Anri İtaliya klubunu tənqid etdi

“Yuventus”un sabiq hücumçusu Tyerri Anri “Budo Qlimt”ə 1:2 hesabıyla məğlub olduqdan sonra “İnter”i sərt tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya klubunun cavab oyununda çox zəif oynadığını söyləyib:

“İnter” ən yaxşı formada deyildi, komanda yavaş və proqnozlaşdırıla bilən şəkildə oynadı. Onların bütün niyyətləri əvvəlcədən müəyyən edilmişdi. Heç kim oyunu ələ keçirməyə və ya heç nə göstərməyə çalışmadı. “İnter” özünü ən yaxşı komanda kimi göstərə bilmədi”.

İtaliya klublarından yalnız “Atalanta” Çempionlar Liqasında mübarizəsini davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button