
Ronaldo: “Məqsədim istirahət etmək deyil”
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, İngiltərəyə titul qazanmaq üçün gəldiyini deyib:
“İngiltərəyə klubun kubok qazanması üçün gəldim. Məqsədim istirahət etmək deyil.
Pozitiv düşünməli və inanmalıyıq. Bu klub üçün oynadığın zaman bütün məsuliyyətin sizdə olduğunu bilirsiz. “Mançester Yunayted” oynayırsa, qələbə qazanmalıdır. Bununla yanaşı, böyük peşəkar olmalısız. Eyni zamanda, fədakarlıq etməlisiz. Məncə, bunlar olmasa, nəticə də olmaz”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



