“Everton”dan sərt açıqlama: “Özlərini “super” hesab edən bu 6 klub…”

İngiltərənin “Everton” klubu Avropa Super Liqası ilə bağlı açıqlama yayıb.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətindən edilən açıqlamada, yeni yaradılan turnirdə iştirak edəcək İngiltərə klubları “xain” adlandırılıb:

“Everton” klubu olaraq, xəyal qırıqlığı yaşadıq.

Öz mənfəətlərinə görə hərəkət edən 6 klub!

Liqamızın və oyunumuzun etibarını zədələyən 6 klub!

Premyer Liqada mübarizə apardığı klublara xəyanət edən 6 klub!

Bütün dünyadakı futbol azarkeşlərinə hörmətsizlik edən 6 klub!

Futbola xəyanət edən 6 klub!

Özlərini “super” hesab edən bu 6 klub sevdiyimiz oyunu təhdid altına salır. Futbolu futbolu sevənlərdən almaq istəyirlər. Bu klublardan başqa, heç kim bu turniri dəstəkləmir. “Everton” bu layihənin qısa müddətdə dayandırılmasını və dağıdıcı planların ləğv olunmasını xahiş edir”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button