“Liverpul”la oyuna şərh: “Bəlkə də, qazana bilərdik”

İngiltərənin “Brentford” komandasının baş məşqçisi Tomas Frank Premyer Liqanın 6-cı turunda “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Frank, 3:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Cəsarətli oynadıq. İkinci hissədə hesab 1:2 olanda oyundan düşmədik. Bəlkə də, qazana bilərdik. Açıq oyun getdi. Bu, çox gözəl oldu və üç qol vurduq. Bir çox komanda “Liverpul”a qarşı şans yarada bilmir. Biz bacardıq və nəticədən çox məmnunam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button