İngiltərəli futbolçu klubunu dəyişir – Razılıq əldə edilib

“Tottenhem” “Lester”in yarımmüdafiəçisi Ceyms Meddisonu transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi ingiltərəli futbolçu üçün “Lester”ə 40 milyon funt-sterlinqlik təklif göndərib.

Tərəflər şifahi razılıq əldə ediblər. Hazırda keçidin ödəniş şərtləri barədə ortaq qərar verilməlidir.

Medisson 2022/23 mövsümündə “Lester”in heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button