İngiltərə klubunun oyunları təxirə salına bilər – koronavirusa görə

İngiltərənin “Tottenhem” klubunun yaxın zamandakı oyunları təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. Xəbərdə, London təmsilçisində koronavirusa yoluxma hallarının artması səbəbindən komandanın oyunlarının təxirə salına biləcəyi bildirilib.

“Tottenhem”in artıq 9 üzvündə koronavirus aşkarlanıb. Onlardan 7-si futbolçu, 2-si isə məşqçidir.