“Lester” hücumçusu ilə “nikah təzələdi”

İngiltərənin “Lester” klubu futbolçusu Keleçi İheanaço ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı hücumçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İheanaço bu mövsüm “Lester”lə 28 oyunda 12 qol vurub.

Nigeriyalı futbolçu 2017-ci ildən “Lester”də çıxış edir.