“Premyer Liqada ən yaxşı yarımmüdafiəçi mənəm”

İngiltərənin “Brayton” klubunun futbolçusu İv Bissuma maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, malili oyunçu, özünü Premyer Liqanın ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

“Bəli, belə düşünürəm. Üzərimdə çalışıram və inkişaf etməyə davam edirəm. Ən yaxşı olmaq üçün çalışıram. Ən yaxşı yarımmüdafiəçilərdən danışsaq, özümdən başqa kiminsə adını çəkə bilmərəm.

Düzdür, Premyer Liqada yaxşı yarımmüdafiəçilər var, amma ən yaxşı mənəm. Bu, mənə enerji və motivasiya verir. Bütün diqqətim futboldadır və hər həftə oynamaq, komandama kömək etmək istəyirəm”.

Bissuma bu mövsüm Premyer Liqada 4 oyunda 1 məhsuldar ötürmə edib.