DÇ-2022: “Futbolçularımla fəxr edirəm” – Kanada millisinin baş məşqçisi

Kanada yığmasının baş məşqçisi Con Herdman DÇ-2022-nin qrup mərhələsində Belçikaya uduzduqları matçı (0:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, kanadalı azarkeşlər barədə danışıb, onların çoxluq təşkil etməsələr də, stadionu canlandırdıqlarını deyib:

“Azarkeşlərimiz inanılmaz idi. Çox deyildilər, amma stadionu canlandırırdılar.

Məqsəd qorxmadan oynamaq və ilk qolu vurmaq idi. Alınmadı, lakin digər görüşlərdə yaxşı çıxış edərək, pley-off mərhələsinə vəsiqə qazana bilərik”.

Herdman futbolçuları ilə fəxr etdiyini deyib, rəqibin qapıçısı Tibo Kurtua haqda fikir bildirib:

“Futbolçularımla həqiqətən, fəxr edirəm. Birlikdə uğura inanmağa davam etməliyik. Alfonso Deyvis əla oynadı. O, məsuliyyəti öz üzərinə götürdü. Bütün ölkə ilk qolu gözləyirdi. Tibo Kurtua da yaxşı qapıçıdır”.

Matçın 11-ci dəqiqəsində Alfonso Deyvis penaltidən yararlana bilməyib. Kurtua onun zərbəsini dəf edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button