“Diqqətli olmasaq, koronavirusun ikinci dalğasına səbəb ola bilərik” – La Liqanın rəhbəri

İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, turnirin rəhbəri, mövsümün qalan oyunlarında azarkeşlərin mümkün iştirakı barədə danışıb:

“Hazırda ediləcək ən təhlükəsiz hərəkət mövsümü azarkeşlərsiz tamamlamaqdır. İndiki halda oyunlarda azarkeşlərin iştirakı bizim üçün prioritet deyil. Futbol kütləni hərəkətə keçirir, insanlar teatrdakı kimi davranmır. Əsas məsələ stadionun içində və kənarında azarkeşlərin toplanmasıdır. Diqqətli olmasaq, koronavirusun ikinci dalğasına səbəb ola bilərik”.

La Liqada oyunlar koronavirus səbəbiylə azarkeşsiz keçirilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button