“İki həftə yarımdır ki, “Latsio” ilə qarşıdakı ev oyunu haqqında düşünürəm”

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunu öncəsi danışıb.

Komanda.az “Bayern&Germany”-nin “tvitter” hesabına istinadən xəbər verir ki, almaniyalı futbolçu iki həftədən çoxdur ki, “Latsio” ilə cavab matçı haqqında düşündüyünü deyib:

“İki həftə yarımdır ki, “Latsio” ilə qarşıdakı ev oyunu haqqında düşünürəm. Münhendə Çempionlar Liqası gecələrinin hər zaman xüsusi bir şey olduğunu desəm, bu boş söz deyil. Futbolçu olmamışdan əvvəl azarkeş idim. Bu gecələrdə gərginliyi hamı hiss edirdi – istər azarkeşlər, istərsə də oyunçular.

Rəqibə bir top fərqi ilə uduzmuşuq. Biz bunu bilirik, lakin bu fərq aradan qaldırıla bilər. Nəyin bahasına olursa olsun, nizam-intizamlı olmağımız bizim üçün vacib olacaq”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern” – “Latsio” cavab oyunu martın 5-də keçiriləcək. İlk oyunda münhenlilər 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button