“Real”dan ağır ittihamlar: “La Liqada nəticələr saxtalaşdırılır”

“Real”ın televiziya kanalı La Liqanın 14-cü turunda “Jirona” ilə keçirilən oyunun hakimliyindən narazı qalıb. Xabi Alonsonun komandası qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb və bu nəticə Madrid təmsilçisinin turnir cədvəlində liderliyi itirməsinə səbəb olub. Matçı Rikardo de Burqos Benqoetxea idarə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real TV” yayımladığı videomaterialda hakimlərin fəaliyyətini kəskin tənqid edib:

“La Liqada nəticələr saxtalaşdırılır. De Burqos “Real”a qarşı ən kobud səhvləri ilə tanınan hakimlərdəndir. VAR köməkçiləri baş hakimə müdaxilə etmədi. Bu, qayda pozuntusudur. “Rayo Valyekano” ilə oyunda da belə oldu, “Jirona” ilə matçda da. Ötən mövsümdə də eyni hal yaşanmışdı. O zaman “Real” “Barselona”nı altı xal qabaqlayırdı. Bu mövsüm yenidən təkrarlanır.

Komanda yaxşı və ya pis oynamasından asılı olmayaraq, reallıq budur ki, hakimlər “Real”ın qarşısını kəsir. La Liqanın prezidenti bunu əsaslandırır”.

Heç-heçə ilə başa çatan matç “Real”ın La Liqada ardıcıl üçüncü xal itkisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button