“Uşaqlıqda təkcə futbolla yox, bütün idman növləri ilə məşğul olurdum”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays uşaqlıq illərindəki idman həyatı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, məktəb illərindən etibarən yaxşı fiziki formada olmasının bu gün peşəkar karyerasında mühüm rol oynadığını deyib:

“Uşaqlıqda məşqlərin hər hissəsini – tam olaraq hər şeyi sevirdim. Həm sağ, həm sol ayağımla oynamaq, başla zərbələr vurmaq, 5-10 metrlik ötürmələr, uzun ötürmələr – hər şeyi etmək istəyirdim. Təkcə futbolla yox, bütün idman növləri ilə məşğul olurdum. Tennis, stolüstü tennis, reqbi, kross qaçışı – daim məşğul idim.

Hər şeydə ən yaxşı olmaq istəyirdim. Aktiv həyat tərzinə can atırdım və uzunmüddətli perspektivdə bütün o məşqlər futbolda mənə mütləq kömək etdi, oyunumun daha da inkişaf etməsinə şərait yaratdı”.

Rays bu mövsüm Premyer Liqada keçirilən 15 turun hamısında iştirak edib və oyunların 14-də əsas heyətdə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button