“Hədəf Premyer Liqaya qayıtmaq olsa, qalacam” – Füzuli Məmmədov

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi. Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən “Qəbələ” bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm.

Çempionat davam etdiyi üçün rəhbərliklə gələcək planlar barədə danışığımız olmayıb. Mövsüm bitdikdən sonra danışacağıq. Mayın sonuna qədər klubla müqaviləm var. Sona qədər işimi vicdanla görəcəm. Ondan sonra yəqin ki, rəhbərliklə görüşümüz olacaq. Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, burada qala bilərəm. Olmayacaqsa, digər təklifləri dəyərləndirməyə məcburam. Hazırda klubla müqaviləm var. Təkliflər haqda danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Klubla danışıqlarımız uğurlu olsa, işimə davam edəcəyəm. Hələ bir oyunumuz qalıb. Sona qədər oynamalıyıq. Futbolçuların mayın sonuna qədər müqaviləsi var. Hamı borcunu vicdanla yerinə yetirməlidir. Mövsüm bitdikdən sonra hər şey rəhbərliyin istəyindən asılı olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button