Hollandiya millisinin üzvü La Liqada

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Sauthempton”dan Uesli Hudtu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Selta”da çıxış edəcək. La Liqa təmsilçisi yay transfer pəncərəsi dövründə Hudtun transfer hüquqlarına sahib ola bilər.

Hudt cari mövsümdə “Sauthempton”la 13 qarşılaşmada iştirak edib. Müdafiəçi 6 dəfə də Hollandiya millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button