Hirsini soyuducudan çıxmaq istəyib

“Barselona”nın vingeri Rafinya Avropa Liqasının pley-off mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:2) əsəbiləşərək, içki soyuducusuna təpik atdıqdan sonra zədələnib.

Komanda.az xəbər verir ki, Rafinya ilk oyunda “Barselona”nın heyətində əsas rol oynayıb. O, “Kamp Nou”da bir qol vurub və bir məhsuldar ötürmə edib.

Amma 82-ci dəqiqədə baş məşqçi Xavi Ernandes onu əvəzləyərkən braziliyalı futbolçu açıq-aşkar məyus olub. Əsəblərinə hakim ola bilməyən futbolçu soyuducuya təpik vurub. “Mundo Deportivo”nun yazdığına görə, bu hərəkət ona baha başa gəlib. Rafinya dizindən aldığı zədə səbəbindən “Kadis”lə növbəti matçı buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button