“Hazırda hücum xəttinin lideriyəm” – Benzema

“Real”ın futbolçusu Kərim Benzema, bu mövsüm göstərdiyi oyun və vurduğu qollarla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu, Kriştiano Ronaldonun klubdan ayrılmasından sonra hücum xəttində liderliyi ələ aldığını deyib:

“Hər mövsüm 50 qol vuran bir futbolçumuz vardı və topu ona vermək mənim vəzifəm idi. Yəni Ronaldonun vəzifəsini icra edirdik. İkimiz yaxşı tandem yaratmışdıq. Hazırda hücum xəttinin lideriyəm. Buna görə də, çox xoşbəxtəm. Artıq əsl oyunumu göstərə bilərəm”.

2009-cu ildən “kral klubu”nun şərəfini qoruyan franslı futbolçu, bu mövsüm iştirak etdiyi 40 matçda 20 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button