“Hamımız qələbəni təmin etmək üçün birlikdə çalışdıq”

“Milan”ın qapıçısı Mayk Menyan İtaliya çempionatının 12-ci turunun əsas matçında “İnter” üzərində qələbə haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Hamımız qələbəni təmin etmək üçün birlikdə çalışdıq və bu cür oynadığımız zaman nəticələr gəlir. Biz bunu davam etdirəcəyik”.

Fransalı qolkiper matçda Hakan Çalhanoğlunun penalti zərbəsini dəf edib.

“İnter” üzərində qələbə sayəsində “Milan” artıq Seriya A turnir cədvəlində ikinci yerə yüksəlib. Komanda növbəti turda “Latsio” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button