Hakimi “Real”a qayıdacaq? – Agentindən açıqlama

Əşrəf Hakiminin agenti Alexandro Kamano futbolçunun “Real”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, mərakeşli müdafiəçinin nümayəndəsi hazırda futbolçunun PSJ-də xoşbəxt olduğunu vurğulayıb:

“Hakiminin “Real”a qayıdışı? O, Parisdə xoşbəxtdir, müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Amma futbolda heç nəyi istisna etmək olmaz. “Real” onun evidir”.

Hakimi futbolçu karyerasına məhz Madrid klubunun akademiyasında start verib və “kral klubu”nun sistemində ümumilikdə 14 ilə yaxın vaxt keçirib. O, 2020-ci ildə “İnter”ə transfer olunmaqla yeni mərhələyə qədəm qoymuşdu. 27 yaşlı futbolçu 2021-ci ildən PSJ-nin formasını geyinir. O, Afrikada bu ilin ən yaxşı futbolçusu nominasiyasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button