Hacıyevadan Avropa Kubokunda gümüş medal

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası beynəlxalq yarışı bir medalla tamamlayıb.

Yığmanın heyətində 57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş medal qazanıb.

Turnirdə ölkəmiz ümumilikdə 6 cüdoçu ilə təmsil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button