“Haland bütün mövsüm Messidən daha yaxşı idi” – Keçmiş futbolçu

“Bayern”in keçmiş yarımmüdafiəçisi Lotar Matteus hesab edir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland “qızıl top”u almağa “İnter Mayami”nin forvardı Lionel Messidən daha çox layiq olub.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Almaniya millsinin keçmiş üzvü Halandın ən yaxşı olduğunu bildirib:

“Haland bütün mövsüm Messidən daha yaxşı idi. Bu, dünya kubokunu qazanmağın hər şeydən vacib olduğunu sübut edir. Mənim üçün son 12 ayda heç kim Halanddan yaxşı olmayıb. O, “Mançester Siti” ilə vacib titulları qazandı və ən çox qol rekorduna sahib çıxdı. Messinin qələbəsi yanlış idi. Baxmayaraq ki, mən həmişə onun azarkeşi olmuşam”.

62 yaşlı mütəxəssis “qızıl top”un qalibidir. O, bu mükafatı Almaniya millisi ilə 1990-cı ildə dünya kubokunu qazandıqdan sonra alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button