Həndbol: Autsayderlər yenə uduzdular

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, qadınların və kişilərin liqasında iki oyun baş tutub.

Qadınların çempionatında 13-cü turun “Bakı” – “Gənclər Birliyi” görüşü oynanılıb. Rəqibinə 14:21 hesabı ilə məğlub olan autsayder “Gənclər Birliyi” ən yaxın izləyicinə yaxınlaşmaq imkanını əldən verib. Adıçəkilən komanda hələ də hesabına xal yazdırmayıb.

Kişilərin liqasında isə 14-cü turun oyunu keçirilib. Çempionluğa iddia edən “Azəryol” autsayder “Dinamo” üzərində 52:36 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button