“Grand Chess Tour”: Şəhriyar 7-ci oldu

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş “Grand Chess Tour” turnirinin mərhələ yarışından sonra ümumi sıralamada neçənci yeri tutduğu bəlli olub.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster rapid turnirində 8 xalla 7-ci, blits turnirində isə 7 xalla 8-ci olub.

Ümumi turnirin gedişatına əsasən onun xalı 3,5 olub. Rumıniyada keçirilmiş turnirdə də 1,5 xal toplanış Məmmədyarov bununla da ümumi xal ehtiyatını 5-ə yüksəldib. Bu nəticə ilə o, Yorden fan Foreestlə (Niderland) birgə 13-cü sıradadır.

Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Seynt Luis şəhərində keçiriləcək. Həmin turnirdə də rapid və blits oynanılacaq.

Mayda Rumıniyada (klassik) və Polşada (rapid və blits) keçirilmiş mərhələ yarışlarının qalibi müvafiq olaraq Maksim Vaşye-Laqrav (Fransa) və Yan Kjıştof Duda (Polşa) olub. Zaqrebdəki mərhələ yarışının qalibi isə rapid və blitsdəki nəticələrin ümumi göstəricisinə əsasən dünya çempionu Maqnus Karlsendir (Norveç).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button